Anasını baltalayıb qaçan oğul AXTARILIR

yan-14
10:29 2022

Yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xeberfakt.az bildirir ki, bu barədə Xaçmaz rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (517)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru