Bakıda yarımtikilidə güclü yanğın - VİDEO

Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yarımtikilidə güclü yanğın olub.
Xeberfakt.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.
Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğın söndürülüb.
⚏OXŞAR XƏBƏRLƏR