Xəbərlər

Vilyam Hacıyevin məhkəməsində ziddiyyətli İFADƏ

may-13
13:07 2022
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Əhməd Həsənov birinci qrup əlil olduğunu bildirib.
 
Şahid Vilyam Hacıyevi tanımadığını deyib: "Mən qəza keçirmişəm və birinci qrup əliləm. Yardımla bağlı icra hakimiyyətinə müraciət etməmişəm".
 
Daha sonra şahidin ifadəsində ziddiyyət olduğundan onun ibtidai istintaqa ifadəsi elan olunub. Həmin şəxs ifadəsində bildirib ki, 2015-ci ildə xəstəliyi ilə bağlı icra hakimiyyətinə müraciət edib:
 
"Mənə dedilər ki, hesabına köçürülən pulun bir hissəsi sənə çatacaq. Mən hesabıma köçürülən 8 min manatdan 800 manat götürüb, 7200 manatını qardaşım Aqil Həsənova verdim. O da həmin pulu icra hakimiyyətinə verdi. Daha sonra mənim hesabıma 4000 manat köçürüldü, həmin vəsaitdən 400 manatı götürdüm, qalan pulu Aqilə verdim. Bir neçə ay sonra mənim kartıma 6 min manat yardım köçürüldü. O puldan da 600 manat götürüb qalanını Aqilə verdim".
 
Şahid bildirib ki, ibtidai istintaqa ifadə verməyib və təqdim olunan ifadə onun deyil.
 
Digər şahid Taleh Şirəliyev bildirib ki, Vilyam Hacıyevi tanımır: "Mən İmişlidə mağaza açmaq istəyirdim. Sənədləşmə işinə əmimoğlu Mehman İsmayılov məşğul olurdu. Yalnız dövlət rüsumunu ödəmişəm. Mənim sənəd işlərindən başım çıxmır. Ona görə də əmim oğluna xahiş elədim, o sərəncam aldı, mağaza tikdim. Əlimə düşdükcə az-az sənədin pulunu ödəmişəm".
 
Daha sonra şahidin ibtiai istintaqa ifadəsi elan olunub. O ifadəsində bildirib ki, mağaza tikintisi ilə bağlı icra hakimiyyətinə müraciət edib. Əmisi oğlu Mehman İsmayılov bildirib ki, sərəncam üçün 400 manat verməlidir. Həmin pulu verəndən sonra ona mağaza tikmək üçün sərəncam verilib.
 
Şahid bildirib ki, o Mehman İsmayılova hissə-hissə pul verib: "Yadımda deyil nə qədər pul vermişəm, amma hissə-hissə ödəmişəm, 50 manat bir, 10 manat bir. Birdən-birə bütöv məbləğ verməmişəm. Mehman dedi ki, sərəncamla bağlı dövlət rüsumu var, mən də dedim ödəyərəm".
 
Proses mayın 16-da davam etdiriləcək.
 
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
 
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
 
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
 
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru