Xəbərlər

Qalmaqallı YAP-çı Əli Əliyevi məhkəməyə verdi

may-16
13:40 2022
YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi məhkəməyə verib.
 
Xəbəri hüquq müdafiəçisi Rüfət Səfərov ictimailəşdirib.
 
Onun sözlərinə görə, R.Göyüşov Ə.Əliyevi Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.
 
20 may 2022-ci il tarixində, saat 12:00-da Yasamal Rayon Məhkəməsində ilk prosses olacaq.
 
Xatırladaq ki, ötən ilin sonlarında Ramiz Göyüşovun sosial şəbəkələrdə intim videogörüntüləri yayıldığından YAP onu Binəqədi rayon təşkilatının sədri vəzifəsindən azad etmişdi.
 
Vətəndaş və İnkişaf Partiyasının Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq həbs olunub.

 
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, bu ilin yanvarında Ə.Əliyev barəsində əvvəlcə 5 ay, daha sonra 6 aylıq həbs cəsası kəsilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru