Xəbərlər

“Kontakt Home”la bağlı araşdırma başladı

may-16
16:40 2022
Dünyada baş verən iqtisadi proseslərin fonunda qeyri-ərzaq məhsullarının qiymətində dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün tədbirləri davam etdirir.
 
Qurumdan  verilən məlumata görə, bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.
 
Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməməklə araşdırmanın çevik və effektiv aparılmasına əngəl yaratdığı üçün “ABC-TELECOM” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
 
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində
(//competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru