Xəbərlər

Həbsdə olan sabiq icra başçısının cəzası AZALDILDI

may-16
19:00 2022
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və sahibkar Razin Qəhrəmanov barəsindəki hökmdən verilmiş şikayətlə bağlı qərar elan olunub.
Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda şikayətlərin təmin olunmadığı elan olunub.
 
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qismən dəyişdirilib, Məharət Mustafayev və Əli Rüstəmlinin cəzası 1 il azaldılaraq 3 ilə endirilib.
 
Razin Qəhrəmanov barəsindəki hökm isə qüvvədə saxlanılıb.
 
Məhkum şəxslərin həbs müddəti saxlandıqları gündən (2020-ci il 23 avqust) hesablandığı üçün yekun olaraq hər birinin 1 il 4 ay çəkilməmiş cəza müddəti qalıb.
 
Xatırladaq ki, Məharət Mustafayev və digərləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə yekun ittiham verilib.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məharət Mustafayev və Əli Rüstəmov Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Razin Qəhrəmanova isə 10 min manat cərimə cəzası təyin edilərək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru