Türkiyədə meşə yanğınları - Yollar bağlandı

Türkiyənin Muğla vilayətində meşəlik ərazilərdə yanğın olub.
Yanğın üç fərqli nöqtədə eyni anda başlayıb.
Güclü külək yanğının qarşısını almağa mane olub. Bundan başqa, havanın qaralması ilə təyyarə və helikopterlərin yanğına müdaxiləsi çətinləşib.
Yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə giriş qadağan olunub. Bölgəyə çox sayda yanğınsöndürən maşın və 600-ə yaxın canlı qüvvə cəlb olunub.
⚏OXŞAR XƏBƏRLƏR