Xəbərlər

Sabirabadda ata və oğlu GÜLLƏLƏNDİ

iyn-22
19:00 2022

Sabirabad rayonunda ata və yeniyetmə oğlu güllələnib.

 

Hadisə rayonun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib.

 

Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu, 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib.

 

Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora gələrək, əlindəki qoşalülə tüfəngi yerə atıb, bu zaman tüfəngdən avtomatik açılan atəş ata və oğulu ayaqlarından yaralayıb.

 

Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, daha sonra isə Bakıya - Respublika Klinik xəstəxanasına yola salınıb.

 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru