Xəbərlər

Sosial yardım vədilə 2 mindən çox pulu ələ keçirdi

iyn-24
15:00 2022

Astara rayon sakinlərinin ünvanlı dövlət sosial yardımı düzəldəcəyi adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Astara rayon prokurorluğundan  verilən məlumata görə, araşdırmalarla Astara rayonu Ərçivan qəsəbə sakini 1998-ci il təvəllüdlü Baykal Yaqubovun ayrı-ayrı vətəndaşlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyən tanışları vasitəsilə onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəyi barədə yalan vədlər verib.

 

Onun həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif vaxtlarda ümumilikdə 2 min 550 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə istintaq davam edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru