Xəbərlər

Sabiq MTN polkovnikinə HÖKM OXUNDU

iyn-24
18:00 2022

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar və Kürdəmir rayonlarının sabiq rəisi, sonradan isə Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, polkovnik Bahadır Qocayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Hakim İradə Həsənzadənin sədriliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə B.Qocayev 5 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

 

İstintaq orqanı tərəfindən Bahadır Qocayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə ittiham elan olunub.

 

İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

 

Bahadır Qocayev vaxtilə MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

 

2016-cı ildə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.

 

Bundan başqa, vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru