Xəbərlər

İki yeniyetmə qızın ərə verilməsinin qarşısı ALINDI

iyn-25
20:00 2022

Ailə, Qadın və Uşaq hüquqları üzrə Dövlət Komitəsi iki erkən nikahın qarşısını alıb.

 

Komitədən  verilən məlumata görə, Goranboy rayonunda 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsi faktı aşkarlanıb. Faktla bağlı Goranboy rayon İcra Hakimiyyətinə və rayon polis şöbəsinə məlumat verilib.

 

Komitə əməkdaşları aidiyyəti qurumlarla birlikdə ailələrə səfər edib. Məlum olub ki, hələ toyun nə olduğunu tam dərk etməyən 15 yaşlı qızı ailəsi evləndirməyə hazırlaşıb.

 

"Qeyd edək ki, bu gün xına mərasiminə hazırlaşan ailə 27 iyulda toy edəcəkmiş. İkincik erkən nikah da həmin rayonun digər kəndində baş tutacaqdı. Dövlət Komitəsinə daxil olan zəng əsasında rayon icra hakimiyyəti əməkdaşları ilə birlikdə ailəyə səfər edən qurum rəsmləri, toya hazırlıq işlərinin aparıldığının şahidi olublar. Dərhal azyaşlının özü və ailəsi ilə fərdi söhbət aparılıb və toyun qarşısı alınıb. Ailələr diqqətdə saxlanılır",-məlumatda qeyd olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru