Xəbərlər

“TikTok”da hərbçi adından paylaşım edən qadın SAXLANILDI

avq-09
15:20 2022

Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  bildirilib ki, özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü R.B barəsində protokol tərtib olunub.

 

Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib.

 

R.B-nın evində olan hərbi təyinatlı geyim dəstləri aşkar olunaraq götürülüb.

 

Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru