Xəbərlər

İntihar edən həkim həm də biznesmen imiş... - Fotolar

avq-22
16:40 2022

 


 

 

 

İntihar edən həkim həm də biznesmen imiş... - Fotolar

Lənkəranda tanınmış stomatoloq Müşfiq Bağırovun intiharı ilə bağlı bəzi məlumatlar üzə çıxıb.

Rayonun Xolmilli kəndindən olan M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.

Bildirilir ki, Müşfiq Bağırov stomatoloq fəaliyyəti ilə yanaşı bizneslə də məşğul olub. O, xeyli vaxtdır maşın alveri edirmiş. Həmçinin bu ildən Müşfiq Bağırov Rusiyaya çiyələk göndərilməsi biznesinə də qoşulub. O, Moskvaya dəyəri 200-300 min manat olan çiyələk göndərsə də, ziyan etdiyi və malı qəbul edən tərəfin ödənişləri etmədiyi qeyd edilir.

O da məlum olub ki, Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stamotoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş.

Qeyd edək ki, M.Bağırov ötən gün şəhərin “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İntihar edən həkim həm də biznesmen imiş... - Fotolar
İntihar edən həkim həm də biznesmen imiş... - Fotolar
İntihar edən həkim həm də biznesmen imiş... - Fotolar

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru