Xəbərlər

Baş memar rüşvət alarkən yaxalanıb - Baş Prokurorluq

okt-07
10:00 2022


Baş memar rüşvət alarkən yaxalanıb - Baş Prokurorluq

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifələrinin icrası ilə bağlı vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilmişdir.
Eləcə də, həyata keçirilmiş əməliyyat tədbirlərinin digər istiqaməti üzrə rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevin qeyd olunan vəzifədə işləyərkən vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi, eləcə də məzmununa bilə-bilə saxta məlumatlar daxil etdiyi tibbi sənədlərin həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində ona müraciət etmiş sonuncunun qohumundan rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, Elgün Abdullayevə həmin Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilmişdir.
Hazırda təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən çoxsaylı vətəndaş müraciətlərində göstərilən digər xüsusatlar ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru