Xəbərlər

BNA MİLYONLARI BELƏ HAVAYA SOVURUB – FAKT

okt-07
11:00 2022


BNA MİLYONLARI BELƏ HAVAYA SOVURUB – FAKT

“Təxminən 3-4 il əvvəl Bakı Nəqliyyat Agentliyi Yunanıstandan nəqliyyat mütəxəssisləri adı altında böyük bir qrupu Bakıya gətirmişdi. Bildiyim qədəriylə onlara bir neçə milyon qonarar verdilər ki, guya yunanlar Bakıda nəqliyyat problemini həll edəcək” . Nəqliyyat eksperti Elməddin Muradlı bunu söyləyib. “Panos adlı bir yunan bir dəfə 10 bəndlik təkliflə gəlmişdi Bakı şəhər DYP İdarəsinin o vaxtkı rəisi polkovnik Nüşrəvan Səfərovun yanına. Nüşrəvan müəllim siyahıya baxan kimi dərhal 7 təklifin üstündən xətt çəkib demişdi ki, bunlar lazım deyil. Ardınca da fikirlərini əsaslandırmışdı ki, niyə lazım deyil.
BNA MİLYONLARI BELƏ HAVAYA SOVURUB – FAKT
Panos cənabları rəisdən küsüb getmişdi. 3 gündən sonra isə qayıdıb gəlib demişdi ki, bəli cənab rəis, siz haqlısınız. O layihələr lazım deyildi.
Deməyim odur ki, o vaxt yunanlara o boyda pul niyə verilmişdi və onun hansı faydası oldu? Arada efirlərə də çıxıb boş-boş danışırdılar”.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru