Xəbərlər

İran polisi Zahidanda 7 uşağı GÜLLƏLƏDİ - FOTO

okt-07
18:20 2022


İranın hüquq-müdafiə təşkilatları təhlükəsizlik qüvvələrinin Zahidan şəhərinin Məkki məscidində namaz qılanlara atəş açması zamanı azı 91 nəfərin öldüyünü, onların arasında 7 uşağın da olduğunu təsdiqləyib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, məlumatda öldürülən uşaqlar arasında ən kiçiyinin 2 yaşlı Mirşikar, ən böyüyünün isə 16 yaşlı Məhəmməd İqbal Şahnəvazi olduqları bildirilir.

Bu barədə xəbərlərin təsdiq olunmasından sonra, Zahidan şəhərinin cümə imamı Möləvi Əbdülhəmid bəluc tayfa başçıları ilə keçirdiyi görüşdə hökumətin rəsmi məlumatlarının həqiqəti əks etdirmədiyini söyləyib.

O, rəsmilərin etirazçılar arasında “Ceyşül Ədl” silahlı qruplaşma üzvlərinin olduğu barədə iddialarını əsassız adlandırıb.


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru