Xəbərlər

Azərbaycan səfirliyinə hücum edən şəxs görün kimdir - ŞOK DETALLAR

yan-27
09:20 2023




Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bu barədə Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi bildirib.

Onun sözlərinə görə, hücum edən şəxs iki azyaşlı uşağı ilə birlikdə səfirliyə daxil olub. İstintaqın ilkin versiyasına görə, hadisə şəxsi motivlidir və həmin şəxsin ailə problemləri var.

"Bu gün səhər saatlarında bir nəfər Azərbaycan səfirliyinə daxil olaraq odlu silahdan atəş açmağa başlayıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Polisin operativ fəaliyyəti nəticəsində hücum edən şəxs dərhal saxlanılıb, istintaq aparılır", - polisdən bildirilib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. 


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru