Xəbərlər

Naxçıvanda yüzlərlə fəhlə İŞİ DAYANDIRDI: TƏTİL QƏRARI... - üç aydır maaşlarının verilməməsinə etiraz edirlər

mar-15
14:40 2023


Naxçıvanda yüzlərlə fəhlə İŞİ DAYANDIRDI: TƏTİL QƏRARI... - üç aydır maaşlarının verilməməsinə etiraz edirlər

Naxçıvanda "Arkoz Holdinq"ə məxsus fabrik və zavodlarda çalışan yüzlərlə fəhlə dünəndən etibarən tətilə başlayıb. Bura Daş Məhsulları Sənaye Kompleksi, Bellissa Mebel Fabriki, Plastik Məhsulları İstehsalı və digər müəssisələr daxildir. Fəhlələr üç aydır maaşlarının verilməməsinə etiraz edirlər.

Bu haqda „Gündəlik Naxçıvan“a tətilə qoşulan fəhlələr məlumat verib. Onlar bildirir ki, problemlə bağlı rəhbərliyə dəfələrlə müraciət etsələr də heç bir nəticəsi olmayıb.

Adıçəkilən holdingin əvvəlki adı „Gəmiqaya“ olub və Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymurun nəzarətində olub. Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra şirkətin adı "Arkoz Holdinq"lə əvəzlənib və türkiyəli işadamı Emin Uçar bura rəhbər gətirilib.
Tətilçilərdən Naib Məmmədov deyir ki, üç ay ərzində xeyli borca düşüblər və bu etiraz aksiyasını keçirməkdən başqa çıxış yolu görməyiblər:
“Əvvəl də maaşlarımız gecikib. Ancaq, ilk dəfədir ki, 3 aydır maaşlarımızı ala bilmirik. Dəfələrlə rəhbərliyə şikayət etsək də əhəmiyyət verən olmayıb. Nəhayət son çarə olaraq bütün işçilər sözü bir yerə qoyaraq işələməkdən imtina etdik. Maaşlarımız verilmədikcə işləməyəcəyik”.
Digər tətilçi Şahin Qurbanov deyir ki, tətili dayandırmaq üçün rəhbərlik onlara təzyiq edib, hədələyir:
„Bizi işdən çıxarmaqla, həbslə hədələyirlə. Öldürsələr də, maaşımızı almayınca işə çıxmayacağıq. Qabaqdan bayram gəlir, borc boğaza yığışıb. Uşaqların üzünə baxa bilmirik. Özləri milyonları talayıb, rahat evlərində oturublar. Biz bayrama bir kilo düyünü necə alacağımızın dərdini çəkirik“.
Fəhlələrin kütləvi tətil etməsini „Arkoz Holdinq“dən də təsdiq etdilər. Holdingin adının çəkilməsini istəməyən əməkdaşı „Gündəlik Naxçıva“a bildirib ki, rəhbərlik problemin tezliklə həll olunmasına çalışır:
“Maaşların 3 aydır verilməməsinə görə, işçilər işləməkdən imtina ediblər. Yoxlamalar oldu, müəyyən maliyyə problemləri var. Hələlik bu problemləri həll etməyə çalışırıq. Tətillə bağlı bu gün holdinqin rəhbərliyi işçilərlə danışıb. İşi davam etdirməyi tələb edib, yaxın günlərdə maaşların ödəniləcəyinə söy verib. Lakin işçilər israrla maaşları verilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər ”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru