Klopp: “Liverpul”dan ayrılmağın yeganə səbəbi pis hava şəraiti ola bilər”

dek-26
22:47 2020
Klopp: “Liverpul”dan ayrılmağın yeganə səbəbi pis hava şəraiti ola bilər”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın komandadan ayrılması üçün səbəb görmədiyini deyib.

Bu barədə Goal.com saytı məlumat yayıb.

“Biz hamımız istəsək, yeni nəsə axtara bilərik, amma mənim üçün “Liverpul”dan ayrılmağın yeganə səbəbi pis hava şəraiti ola bilər. Başqa hansı səbəblər var? Bu, dünyanın ən güclü klublarından biridir. Onlara dünyada hamıdan çox olmasa da, amma yaxşı pul ödəyirik, inanılmaz azarkeşlərimiz, möhtəşəm stadionumuz var. Rəngimiz ən yaxşı rəng olan qırmızıdır. Başqa hansı səbəb ola bilər?”, - deyə almaniyalı mütəxəssis qeyd edib.

Y.Klopp əlavə edib ki, əgər kimsə klubu tərk etmək istəyirsə onu zorla saxlamaq olmaz:

“Bir futbolçu getmək istəyirsə, biz onun yolunda durmayacağıq”, - deyə “mersisaydlılar”ın baş məşqçisi bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Yanvar 2021 (372)
Dekabr 2020 (602)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)
Sentyabr 2020 (636)
Avqust 2020 (613)

Рейтинг@Mail.ru