"RS" döyüş zalının açılışı oldu

sen-30
14:18 2021

Növbəti zalımın açılış mərasimində sizləri görmək çox xoş oldu mənim üçün əvvəla diqqətinizə çatdırım ki, atam məni 7 yaşımdan idmana ilk addımları atmaqda ən böyük dəstəkçim olub. Çox çətinliklər olub, taxtaların üzərində məşq etmişik. Amma indiki halda cənab prezidentimiz idmançılar, və idmanla məşğul olan gənclər üçün çox yaxşı şərait yaradıb. Bunun üçün İlham Əliyev cənabına öz dərin minnətdarlığımı bildirirəm. Bildiyimiz kimi Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və tanınmaqdadır. Bizim idman nəticələrimiz, uğurlarımız, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının təşkilatı, təbiidir ki, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Biz bunada diqqət yetirsək görərik ki, idmana marağı olan gənclərin sayı da kəskin şəkildə artmağa davam edir. Bu qürurverici bir haldır. Ümumiyyətlə hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri daha çox həvəsləndirir.
44 günlük müharibə iştirakçısı, həm də fəxrimiz olan mənim tələbəm Kənan şəhid olmuşdur. Kənanın timsalında bütün şəhidlərimizə rəhmət, Qazilərimizə isə Allahdan can sağlığı arzu edirəm. Bu ağrılı-acılı çətin günlərdə cənab prezidentimiz öz dəstəyini bizlərdən əsirgəmədi. Ümumi liderimiz belə cümlə işlətmişdir ki, “kim idmana və idmançıya dəstək olmursa, qayğı göstərmirsə, onlara mane olursa deməli bir başa mənə atılan yalnış addımdır”.
Prezident cənab İlham Əliyev özü də yerli qurumlara bir cox tapşırıqlar verib ki, ölkənin bayrağını beynəlxalq arenalarda dalğalandıran hər bir idmançıya həm maddi həm də mənəvi dəstək göstərməlidir. Bizdə cənab prezident idmançılara ən yaxın dostu olduğu üçün hər zaman ölkə rəhbərimizin yanındayıq, siyasətini dəstəkləyirik və hər zamanda ölkə rəhbərimiz kimi cənab prezident İlham Əliyevdən başqa heç bir şəxsin prezident olmağını görmürük ve görməyəciyik.
Çox sağolun əziz dostlar gəldiyinizə görə Mənim xoş günüm də yanımda olduğunuza görə baş da Əlbəyaxa döyüş nümayəndəliyinin fəxri prezidenti Yavər İbrahimov yəni atam. Əlbəyaxa döyüş nümayəndəliyinin birinci vitse-prezidenti qardaşım 2 qat Dünya çempionu Vüsal İbrahimov, Bizim dəyərli Aparcımız dostum nümayəndəliyin 2-ci dərəcəli vitse -prezidenti Azər Axşam, Nümayəndəliyin yığma komandasının baş məşqçi 2 dan qara kəmər ustası Nicat İbrahimov.
Dünya və Avropa çempionu, peşəkar məşqçi və hakim, Fighter-2 döyüş klubunun rəhbəri Namiq Hacıyev, Əlbəyaxa döyüş nümayəndəliyinin təşkilatı, mətbuat redaktoru və həmdə nümayəndəliyinin dostu Orxan Rzazadə, MMA döyüş üzrə idmançımız Teymur Ələkbərov. 2 qat Dünya, və Avropa çempionu həm də Qazimiz Əli, dostum həm də tələbəm Tuqay, mənə dəstək olan, yaxın bildiyim qardaşım Rəşad və Bəhruz. Hər biriniz çox sağolun özəl günümdə mənə dəstək oldunuz.
Nərimanov Mühafizə idarəsinin idman üzrə inspektoru vəzifəsində çalışıram. Qarşıda 2022-ci ildə yenidən Dünya Çempionatına qatılacağam. 2024-cü ildə isə 2009-cu ildə qələbə çaldığım erməni əsilli döyüşçüsü ilə Almaniyada Zevaus qarşılaşması olacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru