Azəbaycanlı tələbə ermənini məğlub etdi - gümüş medal qazandı

dek-18
15:11 2021

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasında (ingilis dili) təhsil alan sonuncu kurs tələbəsi, MMA (qarışıq döyüş sənəti) döyüşçüsü Rəşad Fətiyev World Cossack Fight Federation (WCFF) təşkilatının keçirdiyi dünya çempionatında gümüş medal mükafatçısı olub.
Modern.az xəbər verir ki, Ukraynanın Xarkov şəhərində baş tutan çempionatın yarımfinal mərhələsində azərbaycanlı təmsilçimiz Ukraynanı təmsil edən erməni Artur Malkinyan ilə üz-üzə gəlib.
77,1 kq çəki dərəcəsində mübarizə aparan BMU tələbəsi yarımfinalda rəqibinə qalib gəlib və gümüş medalın sahibi olub.
R.Fətiyev travma səbəbindən final döyüşündə iştirak edə bilməyib.
Turnirə 25 ölkədən 1000-dən çox idmançı qatılıb.
Qeyd edək ki, R.Fətiyev iyunun 7-də Ukraynanın Odessa şəhərində kazak döyüşü üzrə yarışda da gümüş medal qazanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru