Bakı İdman Sarayının direktoru işdən çıxarıldı

dek-20
18:50 2021

Bakı İdman Sarayının direktoru Cəlalət Kazımova vəzifədən azad olunub.
Modern.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.
Hələlik sarayın direktoru vəzifəsinə yeni təyinat yoxdur.
Məlumatı nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev "Report"a təsdiqləyib. O, C.Kazımovanın öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.
Qeyd edək ki, Cəlalət Kazımova AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti və "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun anasıdır.
Bakı İdman Sarayı (əvvəlki adı Əl Oyunları Sarayı - red.) 1974-cü ildə inşa olunub. Həmin vaxtdan idman qurğusuna əvvəlcə Z.Axundovun atası Asif Axundov, daha sonra isə anası Cəlalət Kazımova rəhbərlik edib.
Xəzər dənizi sahilindəki Bakı Bulvarının ətrafında yerləşən Bakı İdman Sarayında indiyədək həndbol, badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondo və voleybol növlərində ölkədaxili və beynəlxalq yarışlar keçirilib. Arenada nüfuzlu yarışlardan güləş üzrə Qızıl Qran-Pri turniri, Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV-cü İslam Həmrəyliyi Oyunları təşkil olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru