Xəbərlər

Azərbaycan Qış İdman növləri Federasiyası yaradılıb

yan-31
15:31 2022

Yanvarın 31-də Azərbaycan Xizək İdman növlərinin Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra, Xizək İdman növlərinin Federasiyasının prezidenti Rauf Xəlilov qurumun son illərdəki fəaliyyəti barədə hesabat verib. Yığıncaqda Federasiyanın adında və Nziamnaməsində dəyişikliklər edilib. Bundan sonra təşkilat Azərbaycan Qış İdman növləri Federasiyası adlanacaq.

Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Qış İdman növləri Federasiyasının yeni prezidenti seçilib. Seçkidən sonra çıxış edən Fuad Nağıyev ona göstərilən etimada görə təşəkkür edib və bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Konfransda həmçinin, Florian Sengstschmid federasiyanın vitse-prezidenti seçilib. Bundan başqa Elvira Zəkərayeva, Nasir Ferhadov, Tomas Eugen Thor Jensen, Daşqın Abbasov və Ruslan Behbudov federasiyanın İdarə Heyətinin üzvü seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Sengstschmid çıxış ediblər.(Azvision.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (362)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru