“Qarabağ” gürcü qapıçını transfer etdi

“Qarabağ” komandası gürcü qolkiper Luka Quqeşaşvilini transfer edib.
Bu barədə klubun saytında məlumat yayılıb.
Bildirilib ki, yanvarda Polşanın “Yagelloniya” klubundan icarəyə götürülən Quqeşaşvili bu dəfə birdəfəlik transfer edilib. Gürcüstanlı qolkiper klubla 3 illik müqavilə imzalayıb.
⚏OXŞAR XƏBƏRLƏR