Xəbərlər

İdmançılarımız 2 rekorda imza atdılar

avq-01
09:00 2022

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi başa çatıb.

 

Yarışın son günü də Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Aktivində 1 qızıl və 1 bürünc medal olan yığmamızın bu gün daha 2 taekvondoçusu fəxri kürsüyə yüksəlib.

 

Milli üzvlərindən Bahadur Dostuyev çıxışını mükafatla yekunlaşdırıb. 49 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı debüt görüşündə polşalı Yakub Soltsiakı məğlub edib - 2:0. Onun səkkizdəbir finalda rəqibi Zaid Peres (Meksika) olub. Gərgin keçən döyüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib. Dostuyev dörddəbir finalda Apostolos Panaqopoulosdan (Yunanıstan) da güclü olub (2:0).

 

Taekvondoçumuz yarımfinalda Eunselok Li (Cənubi Koreya) ilə üz-üzə gəlib. Rəqib mərhələ adladığından Bahadur bürünc medala yiyələnib.

 

Onun uğurunu Yunis Hüseynov (61 kq) da təkrarlayıb. Həmyerlimiz ardıcıl olaraq livanlı Joey Yusif, hindistanlı Gitiş və monteneqrolu Enes Duşkini mübarizədən kənarlaşdıraraq yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda Nika Qoqoberidze (Gürcüstan) ilə üz-üzə gələn Y.Hüseynov məğlub olduğundan 3-cü yeri tutub.

 

Beləliklə, Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. B.Dostuyev və Y.Hüseynovdan öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, bu nəticə Azərbaycan taekvondosu tarixində 2 rekordla əlamətdar olub. Mehdi Budaqlı yeniyetmələrin mübarizəsində ölkəmizə ilk qızıl mükafatı qazandırdığı halda, milli medal sayında ən yaxşı göstəricisinə imza atıb.

 

İndiyədək komandamız heç bir dünya birinciliyində 4 mükafata sahib olmamışdı. Sofiyadakı yarışadək ən yaxşı nəticə 2014-cü ildə Bakıda qeydə alınmışdı. Həmin mundialı yığmamız 2 gümüş və 1 bürünc medalla bitirmişdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru