Xəbərlər

Bu gün İslam Oyunlarının rəsmi açılışı olacaq

avq-09
09:00 2022

Bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq.

 

 Bakı vaxtı ilə saat 21:00-da start götürəcək mərasim Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək.

 

Mərasim çərçivəsində Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edəcək. Eyni zamanda, dron və işıq effektləri nümayiş olunacaq.

 

Açılış mərasimində ilk olaraq rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandıracaqlar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edəcək. Loqoda, eyni zamanda, ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

 

Anadolunun gözəlliklərinin tərənnümündən sonra Türkiyənin dövlət himni səsləndiriləcək və iştirakçı ölkələrin paradı olacaq. İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağı qaldırıldıqdan sonra idmançılar və hakimlər adından and içiləcək. İdmançıları paralimpiyaçı kamandan oxatan Öznur Cüre, hakimləri isə velosiped idman növü üzrə ədalət təmsilçisi Serkan Karademir təmsil edəcək.

 

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hüseyin İbrahim Taha ve ISSF-in prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud çıxış edəcəklər.

 

Mərasiminin keçiriləcəyi Böyükşəhər Bələdiyyəsi Stadionu 42 min tamaşaçı tutumuna malikdir. Mərasimi üç saat davam edəcək.

 

Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar zamanı 483 dəst medal sahibini tapacaq.

 

Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru