Xəbərlər

Millimiz Türkmənistanla qarşılaşacaq

avq-09
10:40 2022

Bu gün Bakıda təlim-məşq toplanışına start verəcək futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

 

Azərbaycan Futzal Federasiyasından  verilən məlumata görə, yığma avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan seçməsi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 18:00-da start götürəcək.

 

Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd oyunçuları dəvət edib.

 

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov ("Araz-Naxçıvan"), Zaur Sultanov (U-19);

 

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı "Neftçi" İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə ("Baku Fire").

 

Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 20-də başa çatacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru