Xəbərlər

İdmançımız Bolqarıstanda qızıl medal qazandı

noy-19
12:00 2022

İdmançımız Bolqarıstanda qızıl medal qazandı

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Abbas Hüseynov Bolqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb. 

14 yaşadək yeniyetmə oğlanların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas finala gedən yolda ispan Qabriel Suarez (15:3), yunan Kristos Karamitsos (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib. Abbas ən güclü 4-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə yunan Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib.

 

İdmançımız gərgin keçən yarımfinal görüşündə bolqar Nikola Meitsovu (15:14) mübarizədən kənarlaşdırıb.

 

Abbas Hüseynov həlledici görüşdə Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək 13 ölkədən 66 iştirakçı arasında turnirin qızıl medalını qazanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru