Xəbərlər

Polşa - Azərbaycan oyununun məkanı açıqlanıb

yan-28
15:00 2023




Futzal üzrə Azərbaycan millisinin 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa ilə səfər oyununun məkanı müəyyənləşib. Federasiyadan Oxu24.com-a verilən məlumata görə, qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu, VI qrupun sonuncu görüşü olacaq.

Qeyd edək ki, əsas mərhələdə artıq 2 oyun keçirən Azərbaycan millisi maksimum xalla turnir cədvəlinə başçılıq edir. Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib. Polşa yığması isə 3 oyun keçirib. Yunanıstanı hər iki dueldə yenən polşalılar yeganə məğlubiyyəti Azərbaycandan alıb. Polşa - Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Həmin dueldə Azərbaycan millisinə heç-heçə də sərf edəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru