Xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar

sen-30
20:43 2017
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar


Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir final mərhələsində Almaniya yığması üzərində inamlı qələbə qazanan Azərbaycan milli komandası yarımfinala yüksəlib

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada qadın voleybolçularımız 3:0 hesabı ilə qələbə qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan və Almaniya voleybolçularının oyununa baxıblar.

Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib - 25:20. Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq, böyük fərqlə qələbə qazanıb - 25:18. Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb - 25:21.

Beləliklə, dörddəbir finalda Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan komandası Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın qələbəsini alqışlayıblar.

Azərbaycan voleybolçuları yarımfinalda Niderland millisi ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatının "A" qrupunda keçirdiyi sonuncu görüşdə də Almaniya yığması ilə qarşılaşmışdı. Həmin matçda voleybolçularımız 3:1 hesabı ilə qalib gəlmişdilər.

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.

Ria.az Trend-ə istinadən bildirir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxırlar.

Yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru