Xəbərlər

Derbi öncəsi "Qalatasaray" üçün böyük şok

mar-29
09:31 2016
Derbi öncəsi "Qalatasaray" üçün böyük şok "Fənərbaxça" ilə oyuna "Qalatasaray" ciddi itki ilə çıxacaq.

Fransa ilə yoldaşlıq matçında zədələnən Hollandiya millisinin üzvü Uesli Sneyderin durumuna aydınlıq gəlib. Ulduz futbolçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu xəbər "Qalatasaray" düşərgəsində ciddi şok yaşadıb. Onun zədələnməsi "Fənərbaxça" ilə derbidə "Qalatasaray" üçün ciddi itkidir. Uesli Sneyder "Fənərbaxça" ilə keçiriləcək önəmli qarşılaşmanı buraxmalı olacaq.
"Qalatasaray"da çıxış edən Sneyder "Amsterdam Arena"da oynanılan qarşılaşmanın 36-cı dəqiqəsində sıradan çıxıb. Buna görə də təcrübəli yarımmüdafiəçi oyunu davam etdirə bilməyib. Matçın ilk hissəsində zədələnən və oyunu davam etdirə bilməyən yarımmüdafiəçinin durumunun ciddi olduğu bildirilirdi.
Türkiyənin hegemon klublarının üz-üzə gələcəyi tarix məlum olub. Əzəli rəqiblər "Qalatasaray" - "Fənərbaxça" derbisinin yeni tarixi bəlli olub. İstanbul derbisi aprel ayında olacaq. Oyun aprelin 13-də baş tutacaq. Terror təhlükəsi ilə əlaqədər 26 martda İstanbulda "Qalatasaray" - "Fənərbaxça" oyunu təxirə salınıb.
Sonuncu dəfə "Qalatasaray" ilə "Fənərbaxça" 2015-ci il 0ktyabrın 25-də qarşılaşıblar. “Fənərbaxça”nın meydanında keçirilən qarşılaşmada qalib məlum olmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə bitib. Türkiyə çempionatının cari mövsümündə "Fənərbaxça" 25 oyundan sonra 2-ci pillədədir. "Qalatasaray" isə 25 oyundan sonra 39 xal ilə 5-ci pillədədir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru