Avropa qaz bazarında 10 faiz bahalaşma baş verib

yan-12
15:27 2021
Avropa qaz bazarında 10 faiz bahalaşma baş verib

Avropada bu həftənin əvvəli təbii qazın qiymətinin bu qışın ən kəskin artımı ilə yadda qalıb.

“Report” xəbər verir ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın dünənki 258 USD/1000 kubmetrdən sonra bugünkü fyüçersi 284 USD/1000 kubmetrdən satılıb. Bu 10 faizlik artım qışın əvvəlindən ən kəskin qiymət sıçrayışıdır. Eyni zamanda, bu gün qeydə alınan qiymət 2018-ci il dekabrın 28-dən bu yana ən yüksək qiymətdir.

Görünməmiş soyuqların tüğyan etdiyi İspaniyanın PVB onlayn qaz satışı mərkəzində isə cümə günü qeydə alınmış 660 USD/1000 kubmetr qiyməti bu gün 379 dollaradək geriləyib.

Bütövlükdə, bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından qaz sərfiyatının artmasına təkan verib. Yanvarın 10-da yeraltı qaz anbarlarının dolma səviyyəsi 66,63 faiz olub. Bu, ötən beş mövsümün orta səviyyəsindən bir qədər azdır, halbuki cari mövsümün əvvəlində 6,75 faiz, yaxud 7 milyard kubmetr çox olub.

Digər tərəfdən, Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 48 faiz azdır.

Ümumiyyətlə, ötən il Avropa LNG idxalı 7 faiz azalaraq 97,194 milyon kubmetr təşkil edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Yanvar 2021 (373)
Dekabr 2020 (602)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)
Sentyabr 2020 (636)
Avqust 2020 (613)

Рейтинг@Mail.ru