Azərbaycandakı kredit ittifaqlarının zərəri dəyişməyib

apr-21
18:36 2021

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,6 milyon manat zərərlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən eynidir.

Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,7 milyon manat (illik müqayisədə 12,5 % az), xərcləri 0,2 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon manat (9,1% az) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 15,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,4 % azdır. Bunun 13,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlədir. Son 1 ildə sektorun kredit portfeli 5,6% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 9,4% azalaraq 5,8 milyon manata, balans kapitalı isə 1% azalaraq 9,5 milyon manata düşüb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

May 2021 (304)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)

Рейтинг@Mail.ru