Mikayıl Cabbarov Oklahoma ştatının qubernatoru ilə görüşüb

iyl-27
21:34 2021

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb.

Görüşdə Mikayıl Cabbarov ABŞ-la iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər, rəqəmsal iqtisadiyyat, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb.

Oklahoma ştatının qubernatoru Kevin Stit ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istqiamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpasında ABŞ şirkətlərinin iştirakı, enerji, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, texnologiyaların transferi istiqamətləri üzrə müzakirələr aparılıb, Ələt Azad İqtisadi Zonasının logistik imkanları barədə məlumat verilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru