Azərbaycanda benzin BAHALAŞDI

iyl-31
11:12 2021

Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.

Xeberfakt.az-ın məlumatına görə, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.

O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: “Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.

Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru