SOCAR əməkdaşlarını təxliyə edib - AÇIQLAMA

yan-14
10:24 2022

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Xeberfakt.az bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, SOCAR-ın dənizdə çalışan 82 əməkdaşı təxliyə olunub:

“Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı ilə bağlı xəbərdarlıq edib. Yanvarın 14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0 dərəcəyə yaxın, nisbətən yüksək ərazilərdə 2 dərəcəyədək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.
Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru