Xəbərlər

Dövlət Xidməti "SOCAR PETROLEUM"a sanksiya tətbiq etdi

may-12
15:30 2022
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olub.

Dövlət Xidməti bununla bağlı açıqlama yayıb.
 
Qurumun açıqlamasında bildirilib ki, bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR PETROLEUM" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb.

Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.

Bununla yanaşı, Dövlət Xidməti "SOCAR PETROLEUM" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib.

“Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcəkdir”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru