Xəbərlər

Hökumətin ərzaq bahalaşmasına qarşı mübarizə TƏDBİRLƏRİ

iyn-20
17:00 2022

Pandemiyanın təsiri nəticəsində qlobal istehlak logistika zəncirində sınmaların hələ də qalması, xüsusilə son aylar Rusiya və Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokları və enerji daşıyıcılarının bahalaşması dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb.

 

Bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

 

S.Həsənova qeyd edib ki, “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri bu ilin yanvar-may aylarında 18 %, son 1 ildə isə 23 %-ə yaxın artıb ki, bu da ən yüksək göstəricidir:

 

"Tərəfdaş ölkələrdə həyata keçirilən siyasət, bir sıra məhsulların ixracına qadağalar, tarif və rüsumlar ərzaq qiymətlərinin artmasına təsir edən səbəblər sırasındadır. Dünyada ərzaq qiymətlərinin kəskin bahalaşmasının ölkəmizdə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısını almaq məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin görülməsi işlərə başlanıb. Bununla əlaqədar Nazirlər Kabineti tərəfindən fevral ayında müvafiq sərəncam imzalanıb. Nazirlər Kabinetinin qərarı ilə bir sıra malların istehsalı rüsumdan azad edilib. Həmin məhsulların əlavə dəyər vergisindən azad edilməsi istiqamətində təkliflər hazırlanaraq təqdim olunub.

 

Qeyd edilənlərdən əlavə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Dövlət Nəzarəti Xidməti tərəfindən qarabaşaq, çörək qiymətlərində qanun pozuntularının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülüb. Həmçinin dünyada baş verən proseslərdə ölkəmizin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirinin qarşısını almaq məqsədilə Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan bir sıra ərzaq məhsullarının ölkə ərazisindən çıxarılmasının tənzimlənməsini əzərdə tutan qərarlar qəbul edib”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru