Xəbərlər

Ölkədə 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır

okt-07
18:40 2022


“20-25 yaş arasında hər 25 nəfərdən biri iş tapa bilir”.

Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib.

O bildirib ki, Azərbaycanda ortalama maaş 713 manatdır:

“Qonşularımızla müqayisə aparsaq, görərik ki, bu, normal bir rəqəmdir. Maaş demoqrafik olaraq qeyri-bərabərdir, qadınlar və kişilər arasında fərqlidir. Kişilərin ortalama əməkhaqqı daha çoxdur. Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdikləri ortalama yaş 33-dür. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır”.

Sədr müavini qeyd edib ki, iş elanlarının 20%-də yaş kateqoriyası göstərilməyib:

“Lakin xanımlarda tələb olunan ortalama yaş 30-dur. Kişilərdə isə 35-dir. Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin iş tapma ehtimalı 4.6%-dir. Yəni hər 25 nəfərdən biri iş tapa bilər”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru