Xəbərlər

“Deyir ki, mənə ərə gəl, sənə pul buraxım, ev alım” - Şəbnəm Tapdıq

noy-28
12:12 2016
“Deyir ki, mənə ərə gəl, sənə pul buraxım, ev alım” - Şəbnəm TapdıqƏməkdar artist Şəbnəm Tapdıq şəxsi həyatı ilə bağlı açıqlama verib

Axşam.az-ın məlumatına görə, ifaçı “Qonaq gəl bizə” verilişində iki dəfə nişanlı olduğunu deyib:

Müğənni hələ də ailə qurmamasının səbəbini açıqlayıb:

“Məhəbbəti futbol topu kimi kənara atıram. Biri deyir ki, mənə ərə gəl, sənə pul buraxım, ev alım. Dedim, atamı səndən üstün tuturam. Mən şəhərin birnömrəli binasından yaşayıram. Kiminsə aldığı evi nə edim? Ürəyim boş deyil, çox xoşbəxt insanam. Bacım uşaqlarını çox istəyirəm, qəlbimdə onlardı.

Hələ heç bir kişiyə deməmişəm ki, səndən xoşum gəlir. Başımı niyə ağrıdım? Sərxan Sərxan yaxşı deyib ki, müğənni tək yaşamalıdır. Mənim xoşuma gələn tip bizdə yoxdur.

İki dəfə nişan qaytarmışam. Birinci dəfə çox yaraşıqlı oğlanla nişanlanmışam. Sonra gəldi ki, oxumayacaqsan. Dedim ki, tutduğum yolda özüm gedirəm. Üzüyü çıxardıb qaytardım. Anam, atam narazı oldu. Sonra yenə də nişanlandım. Hamı mənə olduğumdan az yaş verir. İndi mənə 32 yaş verirlər. Gəlirlər ki, bu uşaq sənlə ailə qurmaq istəyir. Deyirəm, rus və ya başqa dilləri bilirsən? Cavab verir ki, yox. Özü də 32 yaşı var. Mənim səviyyəm olmayan biri yanımda gəzə bilməz. Mən akademik qadınam. İndi də əlimdə lüğət, dil öyrənirəm”.

Ş.Tapdıq səsini bəyəndiyi ifaçıların adını açıqlayıb:

“İlhamə Qasımovanın səsini bəyənirəm. Bir də İradə İbrahimovanı xoşlayıram”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru