İnanılmaz iddia: Ölümsüzlüyün çarəsi tapılıb – Milyarderlər qollarını çırmaladı

yan-03
14:32 2022

Son zamanlar dünyanın aparıcı iş adamlarının gündəminə gələn ölümsüzlük məsələsi böyük müzakirələrə səbəb olub.
KanalS.az xəbər verir ki, öncə Jeff Bezosun ölümsüzlük araşdırması barədə verdiyi açıqlama, daha sonra məşhur kripto valyuta marketoloqu Brayan Armstronqun ölümsüzlüyü tapmaq üçün qollarını çırmalaması bu qəribə iddianı yenidən gündəmə gətirib.

İddiaya görə, ölümsüzlüyün çarəsi tapılıb, amma insanlardan gizlədilir. Tədricən gündəmə gətirilən bu məsələnin gələcəyə hazırlıq olduğu deyilib.

Milyarder iş adamı İlon Maska da bununla bağlı sual verilib. Qatıldığı bir tədbirdə jurnalistin “Qocalmağı düşünmürsünüz, yoxsa bizim bilmədiyimiz gizli texnologiya var?” sualına Maskın cavabı belə olub: “Mən yaşlanma ilə mübarizə üçün hansısa gizli texnologiyanın olmasından xəbərsizəm. Həqiqətən çox uzun müddət yaşamaq üçün səy göstərməliyikmi? Bilmirəm”.

Jeff Bezos yaşlanma əleyhinə texnologiyalara sərmayə qoyan iş adamları arasındadır. Bezosun yaşlanmaya qarşı mübarizə aparan “Altos Labs” adlı startapına sərmayə qoyması xəbərindən sonra Mask Tvitterdə rəqibini ələ salan paylaşım edib.

“Əgər bu işə yaramasa, Bezos ölümü məhkəməyə verəcək”, – iş adamı bildirib.
Bu iddia ilə bağlı hələlik konkret gəlişmə olmasa da, eşidənləri ürkütməyə bəs edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru