Xəbərlər

Dünyanın ən yaşlı insanı: “Tanrı məni unudub”

apr-26
16:12 2022
Dünyanın ən yaşlı insanı kimi tanınan yapon Keyn Tanaka aprelin 19-da 119 yaşında vəfat edib. 
Bundan sonra dünyanın ən yaşlı insanı fransız Lucile Randonadır.
 
Fransada anadan olan və "Andre bacı" kimi tanınan 118 yaşlı Lucile Randon Keyn Tanakanın ölümündən sonra dünyanın təsdiqlənmiş ən yaşlı insanı tituluna yiyələnib. 
 
Lucile Randon 11 fevral 1904-cü ildə anadan olub. Dünyanın ən yaşlı insanı olan qadın həyatı boyu iki dünya müharibəsi, 18 Fransa prezidenti, Vişi rejiminin yüksəlişi və süqutu, 24 Britaniya Baş naziri görüb.
 
"Andre bacı" bir müddət əvvəl koronavirusa yoluxsa da, bu xəstəlikdən sağalmağı bacarıb.
 
“Həyatdan uzaqlaşmaq istəmirəm, amma deyəsən, məni də Tanrı aparmaq istəmir. Sanki Tanrı məni çağırmağı unudub. Sevdiyim insanların yanında olmaqdan çox xoşbəxtəm. Qardaşım, nənəm və babamın yanında olmaq üçün başqa yerdə olmaq istərdim”,- dünyanın ən yaşlı insanı bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru