Xəbərlər

Beyinin fəallığını stimullaşdıran QİDALAR

iyl-02
09:00 2022

Bəzi qida məhsulları beyin üçün qoruyucu xüsusiyyətlərə malikdir, onun fəaliyyətini stimullaşdırır, yaddaş və idrakın keyfiyyətini yaxşılaşdırır.

 

Yaşlı vaxtda ağıl zəyifliyinin inkişaf ehtimalından narahat olanlara tibb elmləri doktoru, həkim, alim, “Angiogenezis” Fondunun rəhbəri Vilyam Li bildirir ki, neyrodegenerativ beyin vəziyyəti riskini minimuma endirmək üçün demensiyadan qorunmanı gücləndirərək atılacağı mümkün olan addımlar var.

 

Doktor Li sağlam, faydalı qidalardan istifadəni belə addımlardan biri hesab edir. Xüsusilə, həkim beyin fəaliyyətinin stimullaşdırılması üçün əla təbii vasitə kimi sarıkökü nümunə gətirir.

 

"Sarıkökün aktiv tərkib hissəsi yaddaşın yaxşılaşdırılması və yeni beyin hüceyrələrinin yaradılması ilə əlaqəli olan güclü antioksidant və iltihab əleyhinə vasitə olan kurkumindir”, - ekspert deyib.

 

Beyin fəaliyyətinin stimullaşdırılması üçün başqa bir “super qida məhsulu” omeqa-3 faydalı yağ turşularının zəngin mənbəyi olan yağlı balıqdır. “Bu növ yağ turşusu beyin tərəfindən sinir hüceyrələrinin qurulması üçün istifadə olunur, bu yağ turşularının adekvat qəbulu qocalma ilə əlaqədar idrakın zəifləməsini ləngidə bilər”, - deyə həkim Li bildirib.

 

Həkim, həmçinin balqabaq tumlarını beyin üçün faydalı qida adlandırıb - onlar maqnezium, mis və sink, optimal yaddaş və sinir funksiyasının qorunması üçün vacib olan mineralların gözəl mənbəyidir.

 

Daha sağlam pəhriz seçməklə, ona ədviyyatlar və beyni yaxşılaşdıran qida məhsullarını daxil etməklə yanaşı, həkim demensiyadan qorunmaq üçün sağlam həyat tərzinin digər prinsiplərinə əməl etməyi də tövsiyə edir.

 

Vilyam Linin sözlərinə görə, sağlam həyat tərzinə riayət etməklə yaşla bağlı demensiyanın inkişafı ilə sıx əlaqəli olan müxtəlif amillərin - məsələn, ürək-damar xəstəlikləri, depressiya və hərəkətsizliyin riskini azaltmaq olar.

 

Həkim bildirir ki, bu halda demensiyanın inkişaf ehtimalı üçdə bir azala bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (55)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru