Xəbərlər

Bitki çaylarının qəbul qaydası

iyl-06
18:40 2022

Lap qədim zamanlardan bitkilərdən çaylar hazırlayaraq sağlamlıq məqsədilə istifadə olunub. Həmin ənənə müasir dövrdə də davam edir. Çoxları qara çaydan, qazlı içkilərdən imtina edərək bitki çayları içir. Ancaq hər şeyin miqdarı olduğu kimi, onun da istehlak norması var.

 

Diyetoloq Ceyhunə Yusifova deyib: “Gündə 2 stəkandan artıq bitki çayı içilməsi düzgün deyil. Həm də çayları növbəli şəkildə qəbul etmək lazımdır. Bir gün çobanyastığı çayı içilibsə, ertəsi günü başqa bir bitki çayı içilməlidir. Gündəlik istifadə üçün məsləhət görülən çaylar çobanyastığı, kəkotu, razyana, adaçayı, yaşıl çay və darçın çaylarıdır. Uşaqlar və hamilə qadınlar bitki çaylarının qəbulu zamanı daha diqqətli olmalıdırlar”.

 

Bitki çaylarının nə vaxt qəbul edilməsi də heç də az əhəmiyyət daşımır. Onu içməyin saatları barədə məlumat verən diyetoloq deyib: “Yatmazdan əvvəl adaçayı içilməsi təzyiqin yüksəlməsinə və yuxunun qaçmasına səbəb ola bilər. Yatmazdan əvvəl daha çox çobanyastığı və melisa kimi stressi aradan qaldıran, sakitliyi qoruyan çayların içilməsi məsləhətdir”.

 

Adaçayı boğaz ağrısına yaxşı təsir edir, çobanyastığı isə beyini sakitləşdirir. Lakin onlardan düzgüm istifadə olunmaması faydadan çox zərər verə bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru