Məbəddə ayaqqabısını soyunmayan turist qadın həbs edildi
Myanma məhkəməsi rusiyalı turist qadını 7 ay müddətinə azadlıqdan məhrum edib
Buna səbəb isə Rusiyadan gəlmiş turistin Budda məbədində ayaqqabısını soyunmaqdan imtina etməsi olub.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, rusiyalı qadını əvvəlcədən məbəddə ayaqqabıları soyunmağın məcburi olması barədə xəbərdar ediblər. Lakin o, bunun qeyd olunduğu qanunu göstərməyi tələb edib və əks təqdirdə, ayaqqabılarını soyunmayacağını deyib.
Nəticədə, məhkəmə turist qadını möminlərin hisslərini təhqir etməsi ittihamı ilə 1 ay müddətinə həbs edib. Lakin sonradan miqrasiya qanunlarının pozulması da bəhanə edilərək, həbs müddəti daha 6 ay artırılıb.
Myanmadakı Rusiya səfirliyi ölkənin Xarici İşlər Nazirliyindən baş verənlərlə bağlı izahat tələb edib. Qadına konsul tərəfindən yardım göstərilir.
⚏OXŞAR XƏBƏRLƏR