“Space”ə yeni rəhbər təyin olundu

fev-15
12:31 2021

Space TV-yə yeni rəhbər təyin olunub.

Xeberfakt.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

Xatırladaq ki, K. Şahverdiyev indiyə qədər telekanalda icraçı direktor vəzifəsini tuturdu. O, dahi sənətkar Rəşid Behbudovun qızı Rəşidə Rəşidlə evlidir. K. Şahverdiyev eyni zamanda Rəşid Behbudov Fondunun da direktorudur.

Qeyd edək ki, kanalın eks-rəhbəri Vaqif Mustafayev fevralın 5-də tutduğu vəzifədən azad edilib. O, kanala 2006-cı ildən rəhbərlik edib.

“Space” telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama vermişdi. O qeyd etmişdi ki, son zamanlar Space TV-nin fəaliyyəti onu da narahat edib və V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib.

Telekanalın qurucusu rəhbər vəzifəsinə həmin şəxsin artıq qərarlaşdırıldığını və tezliklə kanalın işçilərinə və ictimaiyyətə təqdim ediləcəyini bildirmişdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (152)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru