Türkiyənin Sivas şəhərində Şairlər seçkisi, şeirlər antologiyasının 13 cu sayı işıq üzü görmüşdür.

yan-03
17:30 2022

Bu günlərdə Türkiyənin Sivas Yazarlar və Şairlər Birliyinin Azərbaycan təmsilçisi, əməkdaşımız Aygün Hüseyn Türkiyənin Sivas şəhərində olmuş və " Həkəri" qəzetinin növbəti saylarını qardaş türkdilli oxuculara çatdırmışdır.
Aygun Hüseyn səfərdən qayıdarkən mənə iki kitab hədiyyə etmişdir.
Şairlər seçkisi 12 və Şairlər seçkisi 13 - adlı şeirlər antologiyasında
Türkiyənin, İraqın və Azərbaycanın bir qrup şairlərinin şeirləri toplanmışdır.
Antologiyanı Türkiyənin xalq şairi Bekir Alim başda olmaqla, Sabina Serin, Şevki Kayaturan, Reşit Behtiyar, Fatma Erbaş, Nevin Kılıç, Fatma Umar, Ahmet Köse , İraq təmsilçisi Esat Erbil və Azərbaycan təmsilçisi Aygün Huseyn hazırlamışlar.
2020 -ci ildə çap olunan antologiyada 100 nəfər, 2021 - çi ildə dərc olunan antologiyada isə 80 nəfər türkdilli şairlərin şeirləri toplanmışdır.
Türkiyəli , İraqlı, kərküklü, və Azərbaycanlı şairlərinin beş ədəd seçmə şeirləri kitabı daha da zənginləşdirmişdir.
Onu da qeyd edək ki, 2019- cu ildə bir qrup şairlərlə Sivasda keçirilmiş möhtəşəm şairlər festivalında üç gün qonaq olduq.
Şəhərin görməli yerlərini seyr etdik.
Sivas TV də canlı yayımda şeirlər söylədik.
Hər birimiz ödüllərə layiq görüldük.
Şəhərin bələdiyyə sədri və Kaymakanla yaddaqalan görüşlərimiz oldu. Mətbuat səhifələrində geniş məlumatlar verildi.
Sivasdan avtobusla qayıdarkən Naxçıvanda müqəddəs Əsabi Kəffi də ziyarət etdik. Bəşəriyyətin xilası naminə dualar etdik.
İki ildir ki, pandemiya ilə əlaqədar yollar bağlanıbdir. Düzdür, təyyarə ilə gedib gəlmək çox baha başa gəlir.
( Muqayisə üçün deyim ki, Azərbaycandan Türkiyəyə ucaqla ( təyyarə ilə) gedib gəlmək azı 800 manata başa gəldiyi halda , Gürcüstandan və ya Ermənistandan Türkiyəyə getmək 80 manat civarindadir).
Avtobuslara isə hələ icazə vermədikləri üçün Sivas şəhərində Şairlər seçkisi antologiyasının 12 -ci və 13- cu buraxılışlarının təqdimat mərasimində təəssüflər olsun ki,iştirak edə bilmədik. Yəqin ki, növbəti şairlər seçkisi antologiyasında yollar açılacaq, karona virus deyilən bəla məhf olacaq, dostlar, qardaşlar yenidən bir yerdə olacaq və xoş təəssüratlarla gözəl günləri yada salacağıq.
Şairlər seçkisi antologiyasında aramızdan ayrılan xalq Şairi Mustafa Altınay və karonadan dünyasını dəyişmiş 30 kitab müəllifi şair, alim, jurnalist,
" İlham çeşməsi" qəzetinin təsiscisi və baş redaktoru Əziz Musa haqqında da məlumat verilərək xatirələri ehtiramla yad edilmişdir.
Onu da qeyd edim ki,
12- ci şairlər seçkisi antologiyasında şeirləri dərc olunmuş Azərbaycanın xalq artisti, Şöhrət ordenli, şair, kinorejissor, görkəmli aktyor Ramiz Əzizbəylinin şeirləri də çap olunmuş , lakin amansız ölüm görkəmli sənətkarımızı da aramızdan ayıraraq əbədiyyətə qovuşmuşdur.
Antologiyada şeirləri dərc olunmuş bütün qələm dostlarımı ürəkdən təbrik edir, hər birinizə can sağlığı arzulayıram.
Növbəti görüşlərdə Qələbə sevinclərini də bölüşmək ümidiylə, di salamat qalın.
Rauf İlyasoğlu,
" Həkəri" qəzetinin baş redaktoru.




Xəbəri hazırladı: Qızıl Qələm Media mükafatı laureatı Şəhla Yaşar Qızı

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru