Novruz Qartalın ölümü ilə bağlı NEKROLOQ

yan-09
07:57 2022
Novruz Qartalın ölümü ilə bağlı NEKROLOQ
Mədəniyyət Nazirliyi Əməkdar artist Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb.

Xeberfakt.az bildirir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə itki üz verib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal) vəfat edib.

Sevilən aktyor 1947-ci il martın 21-də anadan olub.1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyoruğu” fakultəsini bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb.

"Toy kimindir” səhnə əsərində Qoşun, "Durna”da Dursun, "Hicran”da Balaəmi, "Lənət şeytana”da İsrafil, "Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, "Sevindik qız axtarır”da Tələbə, "Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və digər rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb. N. Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid-Təbliğ” Teatrında çalışıb. 1996-cı ildə yaradıcılıq fəaliyyətini Musiqili Komeya Teatrda (Akademik Musiqili Teatrın keçmiş adı) yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmağa nail olub.

Novruz Əliyev Akademik Musiqili Teatrın yeni quruluşda hazırlanan "Beş manatlıq gəlin", "Hicran" tamaşalarında da rol alsa da, amansız xəstəlik səhnə əsərlərinin premyeralarında oynamağı ona nəsib etmədi.
Sevilən aktyorun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.


Allah rəhmət eləsin!"

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (516)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru