Xəbərlər

Tahir Əmiraslanovun yerinə Orxan Fikrətoğlu TƏYİN OLUNDU

may-12
18:15 2022
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.
 
Bu vəzifəyə tanınmış yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu təyin olunub.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva saytımıza açıqlamasında təyinatı təsdiqləyib: 
 
"Aprelin 11-dən etibarən Milli Kulinariya Mərkəzinin rəhbəri Sadıqov Orxan Fikrət oğludur". 
 
Tahir Əmiraslanov isə Modern.az-a açıqlamasında bildirib ki, mərkəz barəsində danışmaq istəmir:
 
"Bu qurum Dövlət Turizm Agentliyinə tabedir. Onlar kimi çıxarıb, kimi vəzifəyə təyin ediblər - özlərindən soruşun. Mən 31 il orada rəhbər idim. Bu məsələ ilə bağlı adımın hallanmasını, şərh verməyi istəmirəm".

Tahir Əmiraslanov özünün rəhbərlik etdiyi Milli Kulinariya Assosiasiyasında fəaliyyətinə davam edəcəyini vurğulayıb.
 
Qeyd edək ki, xəbəri ilk olaraq APA yayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru