Xəbərlər

“Eurovision”un finalıdır - Qalib bu gün bilinəcək

may-14
14:20 2022
Bu gün İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək.
 
İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq finalda 25 ölkənin təmsilçiləri yarışacaqlar. Finala yüksələn ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.
 
Dünyanın ən böyük canlı musiqi tədbirində Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək. Səsvermə zamanı iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri “İctimai TV”nin aparıcısı Nərmin Salmanova elan edəcək.
 
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə keçən il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru